"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov: “Konstitusiyaya bu maddənin əlavə olunması…”

--2016-08-11 / 19:21

26 sentyabrda keçiriləcək Ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və düzəlişlərə münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov Belediyye.infoya açıqlamasında  bildirib ki, referenduma təqdim olunmuş Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş 29 dəyişiklikdən 15-i insan hüquq və azadlıqlarının möhkəmlənməsinə xidmət edir:

“Göründüyü kimi, dəyişikliklərin 60%-i vətəndaşların yaxşı yaşamasına xidmət edəcək. Burada dovlətin və bələdiyyələrin mülki məsuliyyətinin  artırılması ilə bağlı maddələrdə də dəyişikliklər nəzərdə tutulub. Məsələn, 68-cı maddəyə nəzərdə tutulan əlavədə dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülkü məsuliyyət daşıyır. əlavədən göründüyü kimi, dövlət qulluqçuların hərəkətlərinə görə dövlət məsuliyyət daşıyır. Belə olan halda insanlarla bir başa təmasda olan yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də bələdiyyə qulluqçuların hərəkətlərinə görə  məsuliyyətinin  artırılması nəzərdə tutulması düzgün addımdır və 146-cı maddədə öz əksini tapacaqdır.

146-cı maddədə nəzərdə tutulan dəyişiklikdə qeyd olunur ki, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onaların təminatının pozulmasına görə mülki məsuliyyət daşyırlar. Konstitusiyaya bu maddənin əlavə olunması bələdiyyələrin məsuliyyətini artıracaq və bələdiyyə qulluqçuların ucbatından vətəndaşa dəymiş hər hansı bir zərərə görə bələdiyyələr də məsuliyyət daşıyacaq.

Dəyişikliklər hüquqi dövlətdə insan hüquq və azadlıqların qorunmasında vacib hesab edirəm. Düşünürəm ki, hər hansı bir qurumda məsuliyyət artarsa orda işin keyfiyyəti də artacaqdır. Konstitusyada olunacaq dəyişikliklər düşünürəm ki, Azərbaycanda insan həyat və azadlıqlarının qorunmasında mühüm əhəmiyyətə malik olacaqdır. Azərbaycan inkişaf etmiş ölkələrin arasında özünə mövqe tutur. Belə olan halda insan hüquq və azadlıqlarının maksimum təmin olunması vacib hesab edirəm. Konstitusiyada edilən dəyişikliklər mütərəqqidir və ancaq alqışlanmalıdır.”

Belediyye.info

ŞƏRHLƏR